Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

22 Noyabr 2021 13:18 562


Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9° isti, gündüz  11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.  pizza mizza

Atmosfer təzyiqi  764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. 

Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!