Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

15 Dekabr 2021 12:36 483


Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Dördpendirli pizza

Havanın temperaturu gecə 6-8° isti, gündüz  9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, 

bu da meteohəssas insanlar üçün əlverişlidir. 

 

Azərbaycanın rayonlarında  Əsasən  yağmursuz. Lakin axşama doğru  bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz  9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-5° isti olacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!