Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

15 Yanvar 2022 13:10 582


Milli Hidrometeorologiya Xidməti yanvarın 16-na gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz  cənub küləyi  ilə əvəz olunacaq. 

Bakıda gecə 2-4° isti, gündüz  6-8° isti olacaq.  pizza hut

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında

Hanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  0-5° şaxta, gündüz  7-10°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!