Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Avq 13, 2019
Oxunma sayı: 63

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  gecə 18-22° isti, gündüz  27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz  29-31°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 %  olacaq.   

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında 

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  31-36° isti, dağlarda gecə 11-16° isti,  gündüz  19-24°  isti təşkil edəcək.