Sabah küçəyə çıxmaq təhlükəli ola bilər -  Bakı sakinlərinə XƏBƏRDARLIQ
14 Avq 2020 09:36
642

Sabah küçəyə çıxmaq təhlükəli ola bilər - Bakı sakinlərinə XƏBƏRDARLIQ

Bakıda növbəti dezinfeksiya işləri görüləcək.

Yenisabah.az-a paytaxtın kommunal strukturlarından daxil olan məlumata görə sabah, avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Sabah küçəyə çıxmaq təhlükəli ola bilər -  Bakı sakinlərinə XƏBƏRDARLIQ
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər