Sabah Moskvada üçtərəfli görüş keçiriləcək
26 Fev 2021 14:16
321

Sabah Moskvada üçtərəfli görüş keçiriləcək

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri fevralın 27-də yenidən görüşəcək.

Yenisabah.az xəbər verir ki, hər üç tərəf Moskvada görüşə gələcəklərini təsdiqləyib. Üçtərəfli Komissiya çərçivəsində Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçuk ilk dəfə yanvarın 30-da görüşmüşdülər.

Həmin görüş zamanı 2 ekspert yarımqruplarının yaradılması barədə razılıq əldə edilmişdi. Birinci altqrupa İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, ikinci yarımqrupa isə yenə də XİN, DTX, ərzaq təhlükəsizliyi və inspeksiya orqanları daxil edilib.

Görüşdə Cənubi Qafqazda dəmir yolu və avtomobil yolları kommunikasiyalarının tam açılması müzakirə olunacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər