Sabah qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah qar yağacaq

Sosial

16 Yanvar 2022 12:54 1057


 Yanvarın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir.  

Şimal-qərb küləyi  gündüz arabir güclənəcək.   Toyuqlu pizza

Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 80-90 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə  4° şaxtadan 1°-dək isti, gündüz  5-8°  isti, dağlarda gecə 8-13° şaxta, gündüz  0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!