“Sabah” “Qarabağ” səviyyəsində deyil” - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” “Qarabağ” səviyyəsində deyil” - AÇIQLAMA

İdman

14 Oktyabr 2026 11:45 196


"Cəmiyyətimizdə həmişə bir eyforiya yaranır. İnsanlar elə düşünürlər ki, əgər biz "Slaviya"ya qalib gəldiksə, deməli, "Barselona"ya, "Napoli"yə də qalib gələ bilərik. "Slaviya" matçından öncəki "Mançester Yunayted"lə oyunu götürək. Əslində, həmin görüşdə Valdas Dambrauskasın oyun fəlsəfəsində heç nə dəyişməmişdi. Lakin "Mançester Yunayted"lə oyun alınmadı. Niyə? Çünki "Mançester Yunayted" futbolçularının səviyyəsi "Slaviya"nın oyunçularından qat-qat yüksəkdir. Onlar rəqibə həmin qələbəni qazanmaq üçün imkan və şans vermirlər".

Bu sözləri “Yeni Sabah”a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı deyib. O bildirib ki, 1 qələbədən sonra illuziyaya qapılmaq olmaz:

"Nəzərə almalıyıq ki, Çempionlar Liqası ən güclülərin məskənidir. Dəfələrlə vurğulamışam ki, Çempionlar Liqasında oynamağın özü bizim üçün prestijdir. Məntiqlə Azərbaycan çempionatının qalibi orada olmamalıdır, amma varsa, bundan zövq almaq lazımdır. Lakin bir qələbədən sonra mütləq "bu oyunla komanda daha irəli gedəcək, tarix yazacaq" kimi illüziyalara qapılmaq olmaz. Çünki sabah böyük hesabla uduzanda, həmin bu oyun fəlsəfəsini tərifləyənlər "niyə riskli oynayırdın?" deyəcəklər. Və ya "Slaviya" ilə matçda 1:0 hesabı ilə irədə olarkən Dambrauskas müdafiəyə çekilmədi, oyun fəlsəfəsini dəyişmədi. Bütün bunlara baxmayaraq "Sabah" hesabı qoruya bilməsəydi, hamı Dambrauskası hesablarda irəlidə ola-ola niyə hücum etdiyinə görə ittiham edəcəkdi". Sezar pizza

N.Muxtarlı əlavə edib ki, “Sabah” hələlik “Qarabağ”ın turnir təcrübəsinə malik deyil:

"Azarkeşin yanaşması tamamilə fərqlidir. Onların fikri sırf nəticəyə əsasən formalaşır. Lakin peşəkar yanaşma tam başqa şey deyir. "Sabah"ın bu turnirdə təcrübəsi yoxdur, ilk dəfədir oynayır. "Slaviya" isə artıq 10 ilə yaxındır ki, avrokubokların qrup mərhələsində mübarizə aparır. Bu, böyük təcrübə deməkdir. "Sabah"ın böyüməsi və təkmilləşməsi üçün uzun yol keçməsi lazımdır; onlar hələ "Qarabağ" səviyyəsində deyil. "Qarabağ" zəif oyunla belə təcrübəsi hesabına qalib gələ bilər, amma "Sabah" yox. Biz "Sabah"ın inkişafı üçün şərait yaratmalı və ona vaxt verməliyik. Qazanılan bu qələbə qrupda ilk və son da ola bilər, amma hər bir halda "Sabah"ın inkişafı və nüfuzu üçün çox vacib idi. Komanda Çempionlar Liqasında hələ çox şey öyrənəcək. Bununla belə, futbol sürprizlərlə doludur. Məsələn, "Qalatasaray" "Barselona"ya qarşı qorxaq futbol oynamadı, presinq etdi, lakin nəticə məlumdur. Halbuki "Qalatasaray"ın heyətində Avropanın nəhəng klublarının transfer etmək istədiyi futbolçular var. Belə olduğu halda, "Sabah"dan "Barselona" qarşısında nə tələb edə bilərik?"

Qeyd edək ki, "Sabah" komandası ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib. Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!