Sabah rayonlara dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah rayonlara dolu düşəcək

Sosial

21 İyul 2019 11:10 1167


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  gecə 21-25° isti, gündüz  30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 50-60 %, gündüz 35-40 %  olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti      Sezar pizza

Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti,  gündüz  24-29°  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!