Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

13 Sentyabr 2021 12:56 742


Milli Hidrometeorologiya Xidməti sentyabrın 14-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Pepperoni pizza

Havanın temperaturu gecə 21-23° isti, gündüz 27-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyi və komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağıehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!