Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

06 Oktyabr 2021 12:54 889


Milli Hidrometeorologiya Xidməti oktyabrın 7-də gözlənilən hava şəraiti ilə əlaqədar proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Dördpendirli pizza

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 50-60 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!