Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

07 Oktyabr 2021 12:37 1113


Milli Hidrometeorologiya Xidməti oktyabrın 8-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Pepperoni pizza

Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 08-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperature gecə 9-13° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!