Sabahın hava proqnozu: Külək, isti...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Külək, isti...

Sosial

05 Dekabr 2021 12:16 863


Milli Hidrometeorologiya Xidmətinin dekabrın 6-da gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz, havanın temperaturu gecə 6-9° isti, gündüz  11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.  Dominos pizza

Atmosfer təzyiqi  761 mm civə sütunundan 769  mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz, gecə və səhər bəziyerlərdə duman olacaq. 

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə  1° şaxtadan 4°-dək isti, gündüz  11-16° isti, dağlarda gecə 2-7° şaxta, gündüz  3-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!