Sabahın hava proqnozu: Qar, leysan...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Qar, leysan...

Sosial

20 Oktyabr 2021 12:30 1063


Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Toyuqlu pizza

Şimal-qərb  gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi  763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.   

Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 1°şaxtadan 3°-dək  isti, gündüz  3-6° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!