Sabahın hava proqnozu: Qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Qar yağacaq

Sosial

02 Oktyabr 2021 12:36 4374


Oktyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.

Oktyabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!