Sabahın havası: Güclü külək, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Güclü külək, yağış...

Sosial

13 Dekabr 2021 13:24 635


Dekabrın 14-də gözlənilən hava şəraiti açqılanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-9° isti, gündüz  9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.  pizza mizza

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. 

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında  Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  4-8° isti, gündüz  9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!