Sabahın havası: Külək əsəcək, yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Külək əsəcək, yağış yağacaq

Sosial

24 Sentyabr 2021 13:19 575


Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dördpendirli pizza

Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-23° isti, Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. 

Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək.   

Nisbi rütubət  65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 25-də gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°  isti, gündüz 21-25° isti, dağlarda gecə 5-9° isti, gündüz  10-15° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!