Sabahın havası: Külək əsəcək, yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Külək əsəcək, yağış yağacaq

Sosial

28 Sentyabr 2021 12:22 818


Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı  gözlənilir. 

Şimal-şərq küləyi əsəcək. Dördpendirli pizza

Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 29-30-da  Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti  gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°  isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!