Sabahın proqnozu: Yağış...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın proqnozu: Yağış...

Sosial

11 Dekabr 2021 13:17 759


Milli Hidrometeorologiya Xidməti dekabrın 12-i üçün hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Dördpendirli pizza

Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət 70-80% olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir. 

Azərbaycanın rayonlarında

 Arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə duman. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!