Şabran şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, Mərkəzi Xəstəxananın qarşısında “Mercedes” və “AzSamand” markalı avtomobillər toqquşub.
Nəticədə, Şabran şəhər sakinləri 1988-ci il təvəllüdlü Həmidov Aqşin İlqar oğlu və 1997-ci il təvəllüdlü İskəndərov Samir İskəndər oğlu xəsarət alıb. pizza
Hər iki yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibbi müayinədən sonra xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız