Şagirdlərə 12 günlük istirahət - Bu tarixlərdə dərs olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərə 12 günlük istirahət - Bu tarixlərdə dərs olmayacaq

Sosial

13 May 2026 11:55 443


Azərbaycanda məktəbliləri may ayının ikinci yarısında uzunmüddətli istirahət gözləyir.

“Yeni Sabah” Sfera.az-a istinadla xəbər verir ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində mayın 18-dən 22-dək tətil olacaq.

Bu tətil 1-5 may tarixləri əvəzinə müəyyən edilib. Bundan əlavə, 23 və 24 may tarixləri həftəsonuna təsadüf edir. Dördpendirli pizza

Eyni zamanda, bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərində qeyd olunacaq. 28 May – Müstəqillik Günü də qeyri-iş günü olduğundan, 29 may tarixində də iş olmayacaq.

Beləliklə, məktəblilər üçün mayın 18-dən başlayaraq ardıcıl istirahət günləri yaranacaq və ayın sonuna qədər dərs olmayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!