Məktəblərdə “svinka” yayılıb? -   NAZİRLİKDƏN AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə “svinka” yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

Sağlamlıq

13 May 2026 13:45 162


“Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında “svinka” kimi tanınan epidemik parotit xəstəliyinin kütləvi yayılması müşahidə edilmir”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Məktəblilər arasında virusun yayılması ilə bağlı iddialara aydınlıq gətirən qurumdan qeyd olunub ki, hazırda ölkə üzrə vəziyyət sabitdir və mövsümə uyğun sporadik respirator infeksiyalar çərçivəsindən kənar artım qeydə alınmayıb: pizza sifarişi

“Epidemioloji vəziyyət aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.

Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması, gündəlik müşahidələrin aparılması, xəstəlik əlamətləri müşahidə edilən şəxslərin kollektivdən müvəqqəti uzaqlaşdırılması və valideynlərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir:

“Təhsil müəssisələri ilə müvafiq qurumlar arasında operativ məlumat mübadiləsi aparılır və zərurət yarandıqda əlavə profilaktik tədbirlər görülür”.

Bildirilib ki, uşaqların vaxtında peyvənd olunmasının yoluxucu xəstəliklərdən qorunmada əsas vasitələrdən biridir:

“Qeyd etmək lazımdır ki, uşaqların peyvənd təqviminə uyğun vaksinasiyadan keçməsi yoluxucu xəstəliklərin profilaktikasında ən mühüm amildir. Buna görə də hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd edilməsi tövsiyə olunur. Valideynlərə uşaqlarda xəstəlik əlamətləri müşahidə olunduğu halda özünü müalicədən çəkinmək və vaxtında həkimə müraciət etmək tövsiyə edilir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!