Ölümcül virus yayıldı – ÜST-dən TƏCİLİ açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ölümcül virus yayıldı – ÜST-dən TƏCİLİ açıqlama

Dünya

13 May 2026 11:09 601


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yoluxmaları ilə bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məsələ ilə bağlı mediaya məlumat verərək bildirib ki, indiyədək gəmi ilə əlaqəli 8 yoluxma halı aşkarlanıb. Onlardan 3-ü ölümlə nəticələnib.

Məlumata görə, 8 nəfərdən 5-də hantavirus laborator şəkildə təsdiqlənib. Toyuqlu pizza

ÜST rəhbəri qeyd edib ki, aşkarlanan virus növü “Andes virusu”dur. Bu virus hantavirus növləri arasında insanlar arasında məhdud şəkildə ötürülə bilməsi ilə tanınır və əsasən yaxın və uzunmüddətli təmas zamanı yayılır.

O, vəziyyətin ciddi olduğunu bildirsə də, ÜST-ün hazırda ictimai sağlamlıq riskini aşağı qiymətləndirdiyini vurğulayıb. “İnkubasiya müddətini nəzərə alsaq, yaxın həftələrdə yeni yoluxma hallarının aşkarlanması mümkündür”, - deyə o bildirib.

Qeyd olunub ki, ÜST Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir sıra ölkələrlə sıx əməkdaşlıq edir. Təşkilatın əsas prioritetləri yoluxmuş şəxslərin müalicəsinin təmin olunması, gəmidəki digər sərnişinlərin təhlükəsizliyinin qorunması və virusun daha da yayılmasının qarşısının alınmasıdır.

ÜST mayın 2-də hadisə barədə məlumat aldıqdan sonra bir sıra addımlar atıb. Təşkilatın ekspertlərindən biri kruiz gəmisinə göndərilib və sərnişinlərlə ekipaj üzvlərinin tibbi qiymətləndirilməsi aparılır.

Bundan əlavə, diaqnostik imkanların gücləndirilməsi məqsədilə Argentinadan 2500 test dəsti 5 ölkənin laboratoriyalarına göndərilib.

ÜST həmçinin sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə gəmidən endirilməsi və sonrakı səfərlərinin təşkili ilə bağlı xüsusi təlimatlar hazırlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!