Xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı vəzifədaşı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
"Yeni Sabah" xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.
Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib. Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyini diqqətə çatdırıb. pizza sifarişi
Telegram kanalımız