“Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat

03 İyun 2025 17:32 432


İqtisadiyyat Nazirliyində "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri ilə keçirilən görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb. 

Görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb. 

"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 

Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!