Sakinlər Bakıda aksiya keçirdilər –   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sakinlər Bakıda aksiya keçirdilər – Fotolar

Sosial

18 İyun 2019 12:39 1765


Bu gün "İnteks" MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar.

“Yeni Sabah” Sputnik.az-a istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 2017-ci ildə onların yaşadıqları bina sökülüb və həmin ərazi adıçəkilən şirkət tərəfindən alınıb: "Bizə dedilər ki, həmin ərazidə yeni bina tikiləcək. Amma hələ ki, burada bir bina tikilməyib. Binamız söküləndə bizə dedilər ki, yaxın zamanlarda evlə təmin olunacağıq. Lakin bu günədək biz mənzillə təmin olunmamışıq. Heç bizim kirayə pulumuz da vaxtında ödənilmir".

Sökülən binalar 2 və 4 mərtəbəli köhnə tikililər olub. Pepperoni pizza

Qeyd edək ki, aksiyada yüzədək sakin iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!