Sami Yusufdan Fələstin mesajı – Mahnısını qurbanlara həsr etdi

saytların hazırlanması

Evə çatdırılma

Sami Yusufdan Fələstin mesajı – Mahnısını qurbanlara həsr etdi

Dünya

28 Sentyabr 2026 16:48 92


Məşhur müğənni Sami Yusuf İstanbulda konsert proqramı ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi Türkiyə konsertləri çərçivəsində İstanbul Konqres Mərkəzinin Harbiye Auditoriyasında səhnəyə çıxıb.

“Köklər” mövzusu əsasında hazırlanan konsert proqramında Sami Yusufu Türkiyə, İspaniya, Böyük Britaniya, Meksika, Çin, Mərakeş, Almaniya və Azərbaycandan olan musiqiçilərin yer aldığı “Fons Sophiae Collective” qrupu müşayiət edib. Dördpendirli pizza

Təxminən iki saat davam edən konsertdə “En Al Andalus”, “Barakah”, “The Fire Within”, “Hasbi Rabbi”, “Ilahana”, “The Cup of Love”, “Ecstasy”, “Zahit Bizi Tan Eyleme” və “Nasimi” kimi əsərlər səsləndirilib.

Konsertin ən diqqətçəkən məqamlarından biri isə “We Love Life” mahnısının ifası olub. Sami Yusuf əsəri Fələstində həlak olanlara həsr etdiyini bildirib.

Sənətçi Qəzzada baş verənlərlə bağlı fikirlərini bölüşərək bir bəstəkar kimi yaşananlara verə biləcəyi ən güclü cavabın musiqi olduğunu deyib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!