Rusiyada yaşayan iş adamı vəfat edib.
“Yeni Sabah” Oxu.Az-a istinadla bildirir ki, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.
Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub. Online shopping Azərbaycan
Müalicələrə baxmayaraq, iş adamı noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.
İş adamı dünən Gəncə şəhərində dəfn olunub.
Telegram kanalımız