Əmək müqaviləsi olmadan işləyən şəxslərin illərlə çalışdıqları müddət gələcəkdə pensiya stajı kimi nəzərə alınmaya bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Xidmət vətəndaşlara xatırladıb ki, uzun müddət işləmək hələ əmək stajının olması demək deyil. Əmək müqaviləsi olmadan işləmək gələcək sosial təminat hüquqlarının məhdudlaşmasına səbəb ola bilər. ShopByBro
Bildirilib ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi yalnız cari əmək hüquqlarının deyil, həm də gələcək pensiya təminatının qorunması baxımından vacibdir.
Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşlara işə başlamazdan əvvəl əmək müqaviləsi tələb etməyi tövsiyə edib.
Aytac Əliyeva
Telegram kanalımız