İstanbul hava limanında azərbaycanlılar üçün YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

İstanbul hava limanında azərbaycanlılar üçün YENİLİK

Sosial

15 Noyabr 2026 19:14 471


İstanbul hava limanında türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılması istiqamətində addım atıldığı bildirilir.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanının terminalında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqlarının əks olunduğu istiqamətləndirici lövhələr quraşdırılıb.

Türkiyənin aviasiya sahəsində ixtisaslaşmış HavaSosyalMedya nəşrinin yaydığı məlumata görə, bu addım türk dövlətlərinin vətəndaşlarının sərhədkeçmə prosesini asanlaşdırmaq, pasport nəzarətində növbələri azaltmaq məqsədi daşıyır. Məişət texnikası

Qeyd edək ki, hələlik xüsusi keçid sisteminin tam fəaliyyətə başladığı barədə rəsmi məlumat yoxdur. Hazırda hava limanında müvafiq ölkələrin bayraqları olan istiqamətləndirici lövhələrin quraşdırıldığı müşahidə edilib.

Digər tərəfdən, türk dövlətləri arasında gələcəkdə xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi məsələsi də müzakirə olunur. Bu təşəbbüsün reallaşması vətəndaşların qarşılıqlı səfərlərini daha da asanlaşdıra bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!