Bakıda vətəndaşlardan biri “Azər Türk Bank”ın bankomatından yararsız əsginas çıxması ilə bağlı narazılığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə paylaşım edən şikayətçi sözügedən halın “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən bankomatda baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bankomatdan çıxan kağız pul düz ortadan cırılıb və yapışqan lentlə (skoçla) yapışdırılıb.
Məsələyə etiraz edən vətəndaş banka müraciət edərək, heç yerdə qəbul edilməyən yararsız əsginasların dövriyyədən çıxarılmaq əvəzinə yenidən bankomatlara yerləşdirilməsi ilə bağlı narazılığını bildirib. Online alış-veriş
Cəlalə Cəlalqızı
Telegram kanalımız