Dövlət qurumu 136 min manatlıq avtomobil alır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu 136 min manatlıq avtomobil alır

İqtisadiyyat

16 Noyabr 2026 09:16 60


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi hibrid mühərrikli avtomobilin satın alınması ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, keçirilən müsabiqənin qalibi “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Tərəflər arasında imzalanacaq müqaviləyə əsasən, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi hibrid mühərrikli nəqliyyat vasitəsinin alınması üçün qalib şirkətə ümumilikdə 136 600,01 manat ödəniş edəcək.

Qeyd edək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru olan “Auto Azərbaycan” MMC 1996-cı ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Emil İsmayılovdur. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar təşkil edən bu şirkət Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. Holdinqin tərkibinə “Bank of Baku”, “Baku Electronics” və “Baku Service Company” kimi tanınmış qurumlar da aiddir. Online alış-veriş

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!