Ronaldinyo 11 illik fasilədən sonra yaşıl meydana qayıdıb.
"Yeni Sabah" xəbər verir ki, o, İtaliya C Seriyasının (üçüncü divizion) XIV turunda "Ravenna" formasında "Forli" klubuna qarşı oynayıb.
Qarşılaşmaya start heyətində başlayan braziliyalı futbolçu ilk hissə ərzində meydanda olub və 36-cı dəqiqədə komandasının ilk qolunun vurulması ilə nəticələnən kombinasiyada iştirak edib. Sərfəli qiymətə məhsullar
Görüş "Ravenna"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda C Seriyasının B qrupunda 32 xalla ikinci pillədə qərarlaşıb.
Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub, 2005-ci ildə isə "Qızıl top" mükafatını qazanıb.
O, karyerası ərzində "Qremio", "PSJ", "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" klublarında çıxış edib.
Braziliyalı futbolçu peşəkar karyerasını başa vurduğunu 2018-ci ilin yanvarında elan etsə də, son rəsmi matçını 2015-ci ildə keçirmişdi.
Telegram kanalımız