Sədr seçilməsə, NATO rəhbəri ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Sədr seçilməsə, NATO rəhbəri ola bilər

Dünya

07 Mart 2023 17:26 671


Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yenidən AK sədrliyinə seçilməyəcəyi təqdirdə, NATO-nun baş katibi vəzifəsinə iddialı olacaq. 

Yenisabah.az "Repubblica"ya istinadla xəbər verir ki, bunun üçün hazırlıqlara bir neçə həftə əvvəl başlanıb.

Alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitində Yens Stoltenberqin sentyabrda başa çatacaq səlahiyyət müddətinin daha bir il uzadılmasına cəhd göstəriləcək, Fon der Leyenin səlahiyyət müddəti isə 2024-cü ilin yayında başa çatır. pizza sifarişi

Avropa Komissiyasının sədri martın 7-də Ottavaya, ertəsi gün isə Vaşinqtona yola düşəcək. ABŞ paytaxtında o, prezident Co Baydenlə görüşəcək. ABŞ prezidentinin mətbuat katibi Karine Jan-Pyer planlaşdırılan görüşlə bağlı məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, fon der Leyen və Bayden ətraf mühit və təhlükəsizlik sahələrində əməkdaşlığı, Ukraynadakı vəziyyəti və Çinlə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!