Terror aktları təhlükəsi ilə əlaqədar konsulluqlarının işini dayandıran ölkələr də daxil olmaqla, 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, ABŞ-ın xəbərdarlığından sonra bəzi xarici nümayəndəliklər konsulluqlarını bağlayıb.
Diplomatik mənbələrin məlumatına görə, konsulluqlarını bağlayan ölkələrin səfirliklərinin nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Pepperoni pizza
Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin reaksiyasının açıqlanacağı gözlənilir.
Bundan əvvəl bir sıra ölkələr, o cümlədən Fransa, Almaniya, İtaliya və ABŞ öz vətəndaşlarına Türkiyədə, xüsusilə diplomatik missiyalara və qeyri-müsəlmanların ibadət yerlərinə hücum riskinin artacağı barədə xəbərdarlıq etmişdilər. Almaniya, Fransa və Hollandiya bu həftə təhlükəsizlik səbəbi ilə diplomatik nümayəndəliklərini müvəqqəti bağlayan ölkələr arasında olub.
Türkiyə də öz növbəsində öz vətəndaşlarını ABŞ və Avropada "mümkün islamofob, ksenofob və irqçi hücumlar" barədə xəbərdar edib.
Telegram kanalımız