Səfirliyə hücum: Tehrandan Bakıya istintaqçılar gələ bilər

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyə hücum: Tehrandan Bakıya istintaqçılar gələ bilər

Dünya

06 Mart 2023 12:55 594


"Ədliyyə-məhkəmə yardımı haqqında sazişə əsasən, rəsmi Tehran ikitərəfli məsləhətləşmələr üçün İrandan Azərbaycana nümayəndə heyətinin göndərilməsinə icazə verilməsini xahiş edib".

Yenisabah.az "Etemad"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani bildirib.

Onun sözlərinə görə, bu, Tehrandakı Azərbaycan səfirliyinə hücumun istintaqı ilə bağlıdır.   Dördpendirli pizza

N. Kənani vurğulayıb ki, rəsmi Bakı arzulayarsa, istintaqla bağlı Azərbaycandan olan nümayəndə heyətinin Tehranda qəbul etməyə hazırdır.

XİN sözçüsü xarici nazirinin müavini Mehdi Səfərinin bu yaxınlarda Bakıda keçirdiyi görüşü xatırladıb. Həmin görüşdə Azərbaycan səfirliyinə terror hücumu müzakirə olunub.

Bundan başqa, iki ölkənin baş prokurorları arasında telefon söhbəti olub. Ədliyyə sahədə əməkdaşlıq üçün hüquqi bazanın təmin edilməsi razılaşdırılıb.

"Azərbaycan tərəfinə vurğulanıb ki, anlaşılmazlığı aradan qaldırmaq və problemi həll etmək, münasibətləri normal vəziyyətə salmaq üçün ən qısa yol məhkəmə yolu ilə getməkdir və bu məsələ siyasi baxımdan uzaq olmalıdır", - deyə N. Kənani qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!