Şəhidimizlə vida mərasimi keçirildi - FOTO
07 İyn 2021 20:50
2119

Şəhidimizlə vida mərasimi keçirildi - FOTO

Vətən müharibəsinin şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu Məsimov Əkbər Yunis oğlu ilə vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, şəhid hərbçinin nəşi anadan olduğu Ağdaş rayonunun Qaradeyin kəndinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 1994-cü ildə anadan olub.

Azərbaycan Ordusunun Məsimov Əkbər Yunis oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.Murovdağ istiqamətlərində gedən döyüşlərdə itkin düşüb.

Şəhidimizlə vida mərasimi keçirildi - FOTO
Şəhidimizlə vida mərasimi keçirildi - FOTO
Şəhidimizlə vida mərasimi keçirildi - FOTO
Şəhidimizlə vida mərasimi keçirildi - FOTO
Şəhidimizlə vida mərasimi keçirildi - FOTO
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər