Respublikaçı senatorlar Co Bayden administrasiyasını İran nümayəndə heyətinə viza verməməyə və onların Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakını qadağan etməyə çağırıblar.
Yenisabah.az "Fox News"a istinadla xəbər verir ki, onlar "İran prezidenti İbrahim Rəisinin qətliamlarda iştirakı və İran rejiminin Amerika torpaqlarında ABŞ rəsmilərinə sui-qəsd kampaniyası aparması Rəisinin və onun əlaltılarının ölkəmizə daxil olmasını milli təhlükəsizliyə bağışlanmaz təhdid etdiyini" əsas gətiriblər.
Senatorların imzaladığı məktubda deyilir: “Əgər Rəisinin BMT Baş Assambleyasında iştirak etməyi planlaşdırdığı barədə son xəbərlər doğrudursa, Ağ Ev Rəisi və digər İran rəsmilərinə viza verməməlidir”.
Telegram kanalımız