Şenderoviçi Gürcüstana buraxmadılar

saytların hazırlanması

Evə çatdırılma

Şenderoviçi Gürcüstana buraxmadılar

Dünya

02 İyun 2023 12:15 686


Tanınmış rusiyalı jurnalist, yazıçı və publisist Viktor Şenderoviç Gürcüstana buraxılmayıb.

Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, Tbilisiyə Tel- Əvivdən İsrail pasportu ilə gələn V. Şenderoviç izahat verilmədən geri göndərilib.

Onun bu gün Tbilisidə yaradıcılıq gecəsi, iyunun 4-də isə Batumidə konserti planlaşdırılmışdı. Dördpendirli pizza

V. Şenderoviç Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Kremlin addımlarını kəskin tənqid edib. 2021-ci ilin dekabrında Rusiyanın Ədliyyə Nazirliyi onu “xarici agentlər” reyestrinə daxil edib. Bundan sonra V. Şenderoviç Rusiyanı tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!