4 İyul - 04:00
“Sepah“ın kəşfiyyat rəhbəri dəyişdi

“Sepah“ın kəşfiyyat rəhbəri dəyişdi

Bölgə

23 İyun 2022 15:12 451


İranın İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Sepah" bəyanat məlumat yayıb.

İİKK-nin sözçüsü və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, general Ramazan Şərif bildirib: "İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlaminin əmri ilə briqada generalı Məhəmməd Kazemi Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib".

Eyni zamanda, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Hüseyn Taeb general Hüseyn Səlaminin əmri ilə "Sepah" baş komandanının müşaviri təyin olunub.

R. Şərif, həmçinin xatırladıb ki, Kəşfiyyat Xidmətinin yeni rəhbəri uzun illərdir ki, xidmətin mühafizə təşkilatının rəhbəri vəzifəsində çalışıb, təhlükəsizlik və kəşfiyyat məsələlərində böyük təcrübəyə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!