Separatçılar barəsində cinayət işi başlanıb
30 Okt 2020 15:06
502

Separatçılar barəsində cinayət işi başlanıb

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, adı çəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər