Türkiyədə Serdar Ortaçla evliliyi ilə tanınan model Xloe Loughnan bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. O, ana olmağa hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, Serdar Ortaçla evliliyi zamanı müğənninin uşaq istəyinə baxmayaraq hamilə qalmayan Xloe Loughnan hazırda ilk övladını gözləyir. Loughnan hamiləlik müddətini sosial media hesabında paylaşdığı fotolarla izləyiciləri ilə bölüşür. Doğuşa az vaxt qalmış model yeni fotosunu yayımlayaraq böyüyən qarnını nümayiş etdirib.
Son paylaşımında Loughnanın qarnının xeyli böyüdüyü və doğuşa günlər qaldığı diqqət çəkib. pizza hut
Hamiləliyinin son günlərini yaşayan model çəkdirdiyi fotoda xoşbəxt görüntüsü ilə izləyicilərinin qarşısına çıxıb. Onun paylaşımı qısa müddətdə çoxsaylı bəyənmə alıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız