Paytaxtda 23 ümumtəhsil müəssisəsinin rəhbərliyi dəyişib.
“Yeni Sabah” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub.
Yeni təyin olunan direktorlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. İnternetdən sifariş
Qeyd edək ki, 2026-2027-ci tədris ili ərzində MÜTDA-nın müvafiq əmrləri ilə paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.
Aytac Əliyeva
Telegram kanalımız