Eyyub Yaqubov Prezidentə müraciət etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Eyyub Yaqubov Prezidentə müraciət etdi - VİDEO

Mədəniyyət

25 Noyabr 2026 12:41 542


Xalq artisti Eyyub Yaqubov Buzovna sahillərindəki qanunsuz tikililər və tarixi Buzovna qayalıqlarının hasarlanması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi təbii abidənin beton hasarlardan təmizlənməsini, sahilin yenidən ictimaiyyətə açılmasını istəyib.

Eyyub Yaqubov uzun müddətdən sonra həmin əraziyə baş çəkdiyini və burada ciddi dəyişikliklərin baş verdiyini bildirib: İnternetdən sifariş

“Allaha çox şükürlər olsun ki, yenidən bura gəldim. Bura mənim üçün ən doğma yerlərdən biridir.

Buzovna kəndinin Xəzər dənizi sahilində yerləşən qayalıqları həqiqətən də Allahın bizə bəxş etdiyi ecazkar, sehrli bir aləmdir, sanki nağıllar dünyasıdır. Uzun müddət idi bura gəlmirdim. İndi gəlib görürəm ki, çox şey dəyişib. Dənizkənarı ərazilər evlərlə dolub. Allah hamısına ruzi-bərəkət versin, hər kəsə kömək olsun. Hamı gözəl yaşamaq istəyir.

Amma burada yaranmış vəziyyət çox acınacaqlıdır. Dəniz sahilinin, bu torpaqların bu şəkildə zəbt edilməsi Allah qarşısında böyük günahdır. Biz bu əməllə günaha batırıq. Çox istərdim ki, bu məsələyə diqqət yetirilsin.

Ali Baş Komandanımız, Prezidentimiz də bu barədə danışıb, məsələni gündəmə gətirib. İnşallah, düşünürəm ki, yaxın zamanda bu məsələyə ciddi nəzarət ediləcək, əvvəlki harmoniya bərpa olunacaq və hər şey öz qaydasına düşəcək. Buna ümid edirəm. Var olun, hamınızı öpürəm. Var olsun Azərbaycanımız, millətimiz, Vətənimiz!”

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!