Münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələr qurulub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanlar yaradılıb. Sərfəli qiymətə məhsullar
O, son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib.
Telegram kanalımız