25 May - 23:51
Sərhəddə vəziyyət yenidən gərginləşdi

Sərhəddə vəziyyət yenidən gərginləşdi

Dünya

28 Yan 2022 10:13


Ötən gün Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

Yenisabah.az xəbər verir ki, Qırğızıstan hökuməti Ak-Say və Ak-Tatır kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanları təhlükəsiz zonaya təxliyə edir.

Qırğızıstan kanalları tərəfindən paylaşılan videolara görə, Tacikistan Silahlı Qüvvələri Qırğızıstanla sərhədə zirehli texnika daşıyır.

Tacikistan ordusunun münaqişə yaşanan bölgəyə T-72 tankları dislokasiya etməyə başlaması barədə məlumatlar verilir.

Hadisələrin gərginləşdiyi bu məqamda KTMT baş katibi Stanislav Zas iki ölkə arasındakı gərginliyin yatırılması üçün təklif edib.

“KTMT konfliktin həlli üçün Qırğızıstan və Tacikistana yardım göstərməyə hazırdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Özbəkistan və Qırğızısıstan sərhədlərin delimitasiya və demarkasiyası prosesini yekunlaşdırsalar da, Tacikistan və Qırğızıstan arasında sərhəd problemi davam etməkdədir.


Youtube kanalımız


Digər xəbərlər