Sərt karantinlə bağlı əhaliyə XƏBƏRDARLIQ:   Yoluxma belə davam edərsə...

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantinlə bağlı əhaliyə XƏBƏRDARLIQ: Yoluxma belə davam edərsə...

Sosial

20 Yanvar 2022 08:44 1840


Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların sayında artım var. Bu gün 1151 nəfər virusa yoluxub, 9 nəfər vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Baş infeksionist Təyyar Eyvazov "Xəzər Xəbər"ə bunun səbəblərini açıqlayıb.

O bildirib ki, bunun əsas səbəb artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan "Omicron" ştammının mövcudluğudur. pizza sifarişi

Baş infeksonist COVID-19-a yoluxma sayının artmasının kütləvi immunitet yaratması ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır.

"Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə, bununla bağlı müvafiq addımlar atıla bilər" ,- deyə Təyyar Eyvazov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!