Şərurda quyudan meyiti tapılan qadının qətli ilə bağlı daha bir nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şərurda quyudan meyiti tapılan qadının qətli ilə bağlı daha bir nəfər saxlanıldı

Kriminal

26 Aprel 2025 15:09 432


Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini, 75 yaşlı Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Şərur Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.

F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. pizza mizza

Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!