Səudiyyəli qadın XİN-də müavin təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyəli qadın XİN-də müavin təyin olundu

Dünya

23 Yanvar 2023 14:52 795


Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan xanım Sara Bint Əbdülrəhman əl-Səidi müavini təyin edib.

Yeisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, Sara bint Əbdülrəhman ABŞ-ın Corc Meyson Universitetində səhiyyə və səhiyyə sistemlərinin idarə edilməsi üzrə bakalavr dərəcəsi alıb. 2012-2015-ci illərdə o, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesi olub.

Diplomat xanım sırf Səudiyyə-Amerika münasibətləri ilə məşğul olacaq. 2019-2022-ci illərdə əl-Səid səhiyyə nazirinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə müavini, 2017-2019-cu illərdə həmin nazirlikdə Beynəlxalq əməkdaşlıq üzrə baş direktor vəzifələrində çalışıb. pizza

O, həmçinin 2004-2012-ci illərdə "M&T Bank"ın baş direktor müavini, 2003-2004-cü illərdə Provident Bank-ın baş mühasibi, 2003-cü ildə isə "Southern Financial Bank"ın baş xəzinədarı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!