Şeyx İnquşetiya prezidenti ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Şeyx İnquşetiya prezidenti ilə görüşüb

Din

28 Yanvar 2019 03:11 1475


Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə orada səfərdə olan İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşüb.

“Yeni Sabah” xəbər verir ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan prezidentinin şəxsi yardımı sayəsində yenidən bərpa olunaraq dindarların ixtiyarına verilən məscid binasının açılışında iştirak etmişdi. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladiqafqazda konfrans keçirilmişdi.

Y. Yevkurov görüşdə Azərbaycan prezidentinə salamlarını çatdırmağı istəyib. Görüş zamanı Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafeləri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafıında fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!